Evimizin Bəzəyi: Xalçalar və Mebellər
Xalçalar və yumşaq mebellər evin ən çox istifadə edilən və buna görə də ən çox çirklənən əşyalarıdır. Onların yanlış təmizlənməsi həm görünüşünü poza, həm də materialına ciddi zərər verə bilər.
Yanlış Kimyəvilərdən Qaçın
Marketlərdə satılan ləkə çıxarıcıların əksəriyyəti sərt kimyəvi maddələrdən ibarətdir. Bunlar xalçanın rəngini soldura və mebelin parçasına ziyan vura bilər. Hər hansı bir vasitəni istifadə etməzdən əvvəl həmişə görünməyən bir hissədə test edin.
Suyu Çox İstifade Etməyin
Xalça və ya divanı təmizləyərkən həddindən artıq su istifadə etmək mebelin daxilinə su sızmasına, nəticədə kif və pis qoxunun yaranmasına səbəb olur. Nəmi minimumda saxlamaq vacibdir.
Mütəmadi Peşəkar Təmizlik
Tozsoran yalnız səthdəki tozları yığır. Xalçanın dərinliklərinə hopmuş bakteriya, mikrob və kir yalnız peşəkar avadanlıqlarla təmizlənə bilər. İldə ən azı iki dəfə xalça və mebellərin peşəkar kimyəvi təmizliyini etdirmək həm sağlamlığınız, həm də əşyalarınızın uzunömürlülüyü üçün vacibdir.

